12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin ilk final gecəsi başlayıb.

BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışma 3 iştirakçının - Ranar Musayev, Xəyalə Quliyeva və Səmra Rəhimlinin mübarizəsi ilə davam edir.

Murad Dadaşov iştirakçılara final mərhələsinin şərtlərini açıqlayıb. O qeyd edib ki, bu gündən etibarən maşında 2 saat ərzində əl dəyişmək qadağan olunur. Həmçinin iştirkaçılar bu gecə yalnız sonuncu dəfə bir dəfə istədiyi vaxt müəyyən ehtiyaclarını ödəmək üçün maşından ayrıla bilər.

İlk final gecəsi Manan Çaparadze, Çingiz Mustafayev, Faiq Ağayev, Diları kazımova və digər müğənnilərin ifası ilə yadda qalıb.

Növbəti efir günündə isə iştirakçılardan kimin qalıb, kimin gedəcəyi bəlli olacaq.

BAKU.WS