Daha bir iştirakçı "Maşın"ı tərk etdi
25
dek
2018
00:12
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışma 7 iştirakçının mübarizəsi ilə davam edir. Bu dəfə SMS səsverməsində maraqlı anlar yaşanıb. Yarışmada dostlar qaldığına görə bütün iştirakçılar bir-birilərinin şəklini atıblar. Ona görə də, hədəf olaraq heç kimi səsverməyə çıxarmaq mümkün olmayıb. Bu səbəbdən gün ərzində iştirakçılara göndərilən səslərə müraciət olunub. Məlum olub ki, müğənni Samir Cavadzadəyə gün ərzində heç səs göndərilməyib. Ona görə də SMS səsverməsinə o çıxarılıb.O, maşın ətrafında ancaq dostlar qaldığından hədəfini açıqlamaqda çəıtinlik çəkib. Səs toplayacağı tədirdə hansı dostunu şoudan kənarlaşdıracağı isə maraqlıdır. Həmin şəxsin kimliyi isə yaxın bir saat ərzində bəlli olacaq. O hədəf isə Samir özü oldu. 39 faiz səs toplayan Samir Cavadzadə özü şounu tərk etdi. Beləliklə maşın onun üçün əldən getdi.Xatırladaq ki, yarışmada Ramil Nabran (müğənni), Xose Bernardo (aparıcı), Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Sərxan Kərəmoğlu (müğənni), Dilarə Kazımava (müğənni), Səmra Rəhimli (müğənni) mübarizə aparır.BAKU.WS
Oxşar xəbərlər
Xəyalənin OYUNU - Anakonda maşından getdi
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarı...