SİZİN REKLAM BURADA!
055 213 76 73



Gərgin davam edən “Maşın” realiti şouda daha bir qalmaqal yaşanıb.

BAKU.WS
xəbər verir ki, bu dəfə Pərvin Abıyeva və Hüseyn Əzizoğlu digər iştirakçı Roza Zərgərliyə görə dalaşıblar.

Belə ki, yarışmada videobloger Hüseyn Əzizoğlu səsverməyə çıxıb və aktrisa Pərvin Abıyevanı hədəf seçib. Yarışma zamanı tərəflər arasında mübarizə o həddə çatıb ki, canlı efir yarımçıq dayandırılıb. Anons edilmədən veriliş dayanıb və reklam çarxı yayımlanıb.

Canlı yayım bərpa edilsə də, onların mübahisəsi davam edib. Pərvinin Rozaya öz iradını bildirməsi Hüseynin xoşuna gəlməyib və "mama" dediyi Zərgərlini müdafiə edib. Pərvin onun yersiz müdaxiləsinə hirslənib və "Mən sənin kimi "yubka" altına girmirəm" deyib.

Sözügedən görüntüləri təqdim edirik:

Zulfiyyə Qurbanova
BAKU.WS