"Maşın"ı tərk edən Abbasın ilk açıqlaması: Pərvin mənə çox deyirdi ki... - VİDEO
11
iyn
2018
10:03
"Maşın" realiti şounu gözlənilmədən tərk edən Abbas Bağırova hədəf seçilməsi sürpriz olub. BAKU.WSxəbər verir ki, əməkdar artist açıqlamasında baş verənlərdən məyus olmadığını deyib: "Hər şey gözəldir. Bu şouda iştirak etmək doğrudan çox həyəcanlıdır. Bu şouda hər bir şey görürsən. Bunları görmək üçün bu şouda iştirak etmək lazımdır. Müəyyən dərəcədə hiss edirdim ki, hədəf mənəm. Pərvin mənə çox deyirdi ki, hədəf mənəm. Olan şeydir, uğurlar arzulayıram. Görürüsüz də nələr baş verir". Xatrladaq ki, dünən iştirakçılar bloger Hüseyn Əzizoğlunun şəklini ataraq onu səsverməyə çıxarıblar. İkinci dəfə səsverməyə çıxan Hüseyn oyundan aktrisa Pərvin Abıyevanı çıxartmaq istədiyini bildirib. Sonda 22 yaşlı bloger 60,30 faiz səslə qalib gəlib. Lakin o, hədəfini dəyişərək Abbas Bağırovun adını çəkib. Bağırov seçimdən təəccüblənsə də, amma sonda bildirib ki, maşını udsaydım, onu yeni doğulacaq övladı üçün aparacaqdı. Sənətçi ilk dəfə "Maşın"da ata olacağını söyləyib. Zulfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Hüseyndən kişiliyə yaraşmayan hərəkət - Rozanın PLANI AÇIQLANDI - VİDEO
Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xan...