SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gəncə Musiqi Kollecinin xanım tələbələri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə orijinal təbrik alıblar.

BAKU.WS-in məlumatına görə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə kollecin bir qrup tələbəsi "Gəncə 2016 Avropa Gənclər Paytaxtı” parkında "Hədiyyəmiz kitablardır” adlı fləşmob keçirib. Gəncənin digər ali məktəblərinin tələbələrinin də qoşulduğu tədbirdə 60 nəfərdən çox gənc iştirak edib.
 
Fləşmobda toplanan gənclər əvvəlcə "8 Mart” formasında düzülüb, daha sonra isə tələbə xanımlara Avropa və Azərbaycan yazıçılarının kitablarını hədiyyə ediblər.

Qeyd edək ki, kollecin Tələbə Gənclər Təşkilatı tərəfindən hazırlanan fleşmobun məqsədi həm xanımları təbrik etmək, həm də gənclər arasında mütaliəyə marağı artırmaq olub.
 
BAKU.WS