Əməkdar artist Elza Seyidcahan bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın vəfatına şeir həsr edib.
 
BAKU.WS Elza Seyidcahanın İlhamə Quliyevaya həsr etdiyi şeiri olduğu kimi təqdim edir. Şeir "Ölün" adlanır. 

Sevin ki, yaşayasız
elə sevin ki, öləsiz
öləndə elə ölün ki,
qəbriniz üstə gələn olsun,
üstünüzə su səpən olsun,
qəbrinizdə çiçək olsun,
çiçəkləri bitən gəlib
dərən olsun,
sinənizə sərən olsun.
bizə halallıq verən olsun.
kam alan olsun,
halallıqdan qulaqları
kar olan olsun.
Öləndə elə ölək ki,
o yerlərə gedək ki,
süfrəmizi sərək ki,
süfrəmïzdə su olsun
qoy onun gözü üstümüzdə olsun.
Köksü üstə bir köz olsun,
köz-köz olsun ardımızca
baxan bütün dərdlərin.
Biz o yerlərə gedək ki,
desinlər ki,
biz də gedək,
onun bizə sözü olsun.
birimiz orda, birimiz burda,
birimiz yolda, birimiz suda
öləcəyïk.
Öləndə elə ölək ki,
biz o qəbrə gedək ki,
kəfənimiz gəlin olsun
qəbirdə bizi görən olsun,
gözləyən olsun.
Gələn olsun qəbrimiz üstə,
deyən olsun,
sinəmiz üstə ölən olsun.
Öləndə elə ölək ki,
ikimiz olsun.
bu olmasın, o olsun.
 
BAKU.WS