Bu gün prezident İlham Əliyevin qızı Arzu Əliyevanın doğum günüdür. 

BAKU.WS xəbər verir ki, "Baku Media Mərkəzi" Arzu Əliyeva ilə bağlı xüsusi çarx hazırlayıb və ad günü münasibəti ilə təbrik edib:

"Zərif, gözəl, mehriban — Bakı Media Mərkəzinin təsisçisi Arzu xanım Əliyeva bütün bu xüsusiyyətləri özündə cəmləşdirir. Arzu xanıma kollektivimiz adından möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar diləyirik!"

Qeyd edək ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakı şəhərində anadan olub. 1995-2006-cı illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb.

Daha sonralar isə İsveçrə və Böyük Britaniyada ali təhsil alıb.

Arzu Əliyeva 2008-ci ildə Azərbaycan haqqında olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub.

3 sentyabr 2011-ci ildə Arzu Əliyevanın toyu olub. O Rusiyada fəaliyyət göstərən Azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanov ilə ailə həyatı qurub.

9 may 2015-ci ildə Arzu Əliyevanın "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filminin təqdimat mərasimi keçirilib.

22 yanvar 2016-cı ildə Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu "Əbədi ezamiyyət" sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.

BAKU.WS
VİDEO