Bu gün Arzu Əliyevanın ad günüdür (FOTO)

Bu gün Arzu Əliyevanın ad günüdür (FOTO)
Şou-biznes 4166

 

Bu gün prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın doğum günüdür.

BAKU.WS məlumat verir ki, Arzu Əliyeva 1989-ci il 23 yanvar tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb. 

Arzu Əliyeva 2008-ci ildə Azərbaycanda tanıtım video klipində çəkilib. Bu video klip CNN və Euronews kimi kanallarda nümayiş olunub. 2011-ci il sentyabrın 3-də Rusiyada nüfuzlu azərbaycanlı iş adamı Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə qurub. Aydın adlı bir oğlu var.

2015-ci il mayın 9-da Arzu Əliyevanın filmi "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filminin təqdimat mərasimi keçirilib. 2015-ci il 8 oktyabr tarixində Arzu Əliyevanın sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.

Bu ilin 22 yanvar tarixində isə "Əbədi ezamiyyət" sənədli filminin və "Qərib məzarlar" kitab-albomunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri və filmin prodüsseri Arzu Əliyevadır.

Arzu Əliyeva bildirib ki, hər iki filmin və kitab-albomun yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır. 

BAKU.WS

Oxşar xəbərlər

Arzu Əliyevanın filmi təqdim olunacaq (FOTO, VİDEO)

Arzu Əliyevanın filmi təqdim olunacaq (FOTO, VİDEO)

Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan "Əbədi ezamiyyət” sənədli filmi və "Qərib məza...

1362 Şou-biznes 12:29 21 yanvar 2016

Son xəbərlər