Azərbaycanın tanınmış müğənnisi Afaq Aslan bankrot olub.
 
BAKU.WS məlumat verir ki, müğənni devalvasiyaya görə bir neçə ay əvvəl açdığı çay evini bağlamalı olub:
 
"Dolların qalması mənə də təsirsiz ötüşmədi. Özümə yeni biznes qurmuşdum. İstəyirdim ki, əlavə gəlir yerim olsun. Amma  dollar qalxdı, gördüm ki, bu iş mənlik deyil. Açdığım kiçik restoranı bağlatdırdım. Təxminən 87 min manata yaxın pul xərcləmişdim. Hətta borcuma görə bir neçə gün öncə maşı maşınımı da satdım. Bir sözlə bankrot oldum. Bunu deməkdən çəkinmirəm. Bu hal hamının başına gələ bilər. Sadəcə bəziləri elə fikirləşir ki, Afaqın milyonları var. Artıq ağzıgöyçəklər məndən gözlərini çəksinlər, rahatlaşsınlar". 
 
A.Aslan onu da əlavə edib ki, biznesinin çökməsi onun fevral ayında təqdim edəcəyi layihəsini də təxirə salıb:
 
"Türkiyədə bir şirkətlə kontrakt imzalayıb, bütün detalları danışmışdıq. Hətta pulun yarı hissəsini də ödəmişdim. Devalvasiyadan sonra prodüserim həmin şirkətlə əlaqə saxladı və onlara layihədən imtina etdiyimi açıqladı".
 
Qeyd edək ki, A.Aslan 2015-ci il oktyabrın 9-da restoranın açılışını etmilşdi. Açılışa şou-biznesin bir çox tanınmış simaları da dəvətli idi.
 
BAKU.WS