Aygün Kazımova Nahid Emiloğlunu dələduzluqda ittiham etdi
"Avqust ayının 21-i "Ayrılarmı könül candan” adlı konsertim üçün 400 VİP bilet götürdü və yoxa çıxdı. Sonda məcbur olub həmin 400 biletin pulunu özüm ödədim. Mənə konsertim günü stress yaşatdı".
BAKU.WS məlumat verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında xalq artisti Aygün Kazımova deyib. Müğənni təşkilatçı Nahid Emiloğlunun ona borclu olduğunu iddia edib:
"Hər yerdə adını mənim konsertimlə reklam etdirirdi. Bu ilk dəfə deyil. Bundan əvvəl, yəni 2 il öncə Sinan Akçıl ilə Bakıda konsertim olmalı idi. Həmin ərəfədə məni Türkiyənin ən nüfuzlu musiqi şirkətlərindən biri olan "Poll Production"ın rəhbəri Yağçı bəyin qarşısında biabır etdi. Sinanın qonorarı ödənməli idi. Mən danışıqlar aparıram, Nahid isə hamımızı aldadır. "Pul yoldadır",- deyərək yalan danışmağa davam etdi. Məhz Nahid Emiloğlunun dələduzluğunun qarşılığında "Poll Production" qarşısında bütün etibarımı itirdim. Daha o şirkətlə əməkdaşlıq edə bilmədim. Sonra "DMC" şirkəti ilə işbirliyinə başladım. Sinan məni anladı və onun dələduz olduğunu başa düşdü. Belə ki, Sinanla mahnılarımız, repertuarımız, hətta konsertin ssenarisi belə hazır idi. İfa edəcəyimiz popurilər məlum idi.
Nahid hər şeyi məhv etdi. Sonuncu dəfə isə yeni il gecəsi qızımla onun təşkil etdiyi konsert proqramında çıxış etdik. Konsert vaxtı hovuza yıxıldı. Halı pis oldu və xahiş etdi ki, ona 1 gün vaxt verək. Bütün bunlara baxmayaraq, ona yenə şans verdim. Dedim 1 yox, 2 gün vaxt verirəm. O vaxtdan 17 gün keçib. Hələ də mən qonorarımı ala bilmirəm. Nahidə ayıb olsun. O, yalnız öz müğənnilərini aldada bilir. Mən həmin səhnədə Çelik ilə çıxış etdim. O, Çelikin pulunu ödəməyə bilərdi? Belə dələduzluq etdiyi üçün ona ayıb olsun!"
Xalq artisti qanuni yolla bütün pulları təşkilatçıdan alacağını vurğulayıb:
"Biz hüquqi və qanunların işlədiyi bir ölkədə yaşayırıq. Mən qanuni yolla bütün pullarımı geri alacam. İndiyədək susmağımın səbəbi isə "bu gün ödəyirəm, sabah ödəyirəm, yoldayam" deməkləri olub. Bu artıq son hədd oldu. Bugün isə zəng edib ki, gəlin söhbət edək. Artıq söhbət etməyə də yer qalmayıb. Bütün yazışmalar və səs yazıları məndə var".
BAKU.WS
Oxşar xəbərlər
Güləş Federasiyasından Aygün Kazımovaya mükafat (VİDEO)
Xalq artisti Aygün Kazımova mükafata layiq görülüb. BAKU.WS-in məlumatına görə, Aygün Kazımova Azərbaycan Güləş Federasiyasının fəxri diplomuna layiq görülüb....