Göygöldə olmuş şəxslərin “qara siyahı”sı hazırlandı

Göygöldə olmuş şəxslərin “qara siyahı”sı hazırlandı
Şou-biznes 1545

Göygöl Milli Parkınnən girişinə təhvil verilmək üçün "qara siyahı" hazırlanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadovun BAKU.WS-ə verdiyi məlumata görə, milli parka içkili şəxslərin girişi qadağan olunacaq. "Parkda olarkən oranın əməkdaşları ilə mübahisə edən, orada dava-dalaş salan şəxslərin adları həmin siyahıya salınacaq. Parkın qayda-qanunlarına əməl etməyən şəxslər həmin siyahıya daxil ediləcək. Adları siyahıda olan şəxslər növbəti dəfə Göygöl Milli Parkına buraxılmayacaq”, - deyə Vaqif Cavadov bildirib. Xatırladaq ki, Göygöl Milli Parkına giriş bir həftə bundan əvvəl vətəndaşlar üçün açılmışdı. Bu müddət ərzində isə parkın ərazisi zibillənmişdi.

Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Göygölə giriş bağlandı (RƏSMİ)

Göygölə giriş bağlandı (RƏSMİ)

Bu gün səhər saatlarından Göygöl Milli Parkına vətəndaşların girişi məhdudlaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamen...

1899 Sosial 11:00 19 avqust 2015

Son xəbərlər