"28 Cinema” kinoteatrının adı dəyişdirilib.
 
BAKU.WS-in məlumatına görə, Bakının məşhur kinoteatrı bundan sonra "Cinema Plus" adlanacaq. 
 
"28 Mall"da fəaliyyət göstərən kinoteatra 6 kinozal, geniş çeşidli menuya malik "Blackberry Café&Bar” restoranı, müxtəlif növ popkorn və sərinləşdirici içkilər təqdim edən "Ekspress bar” daxildir.
 
"28 Cinema” genişlənmək üzrə öz strateji planlarının uğurlarını nümayiş etdirəcək və bütün Azərbaycan üzrə 6 kinoteatr açmaqla, Qafqazda ən böyük kinoteatr şəbəkəsi olacaq. "28 Cinema” "CineGroup LLC” şirkətinə məxsusdur və onun idarəetməsində fəaliyyət göstərir.  
 
BAKU.WS