SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Astroloqlar 2016-cı il üçün bürc proqnozlarını açıqlayıblar. 
 
BAKU.WS oxucularına gələn il üçün bürclərin nələr vəd etdiyini təqdim edir: 

Qoç - 2016-ci ildə iş, eşq və şəxsi həyatınızda gözəl dəyişikliklər olacaq. Həyatınızın artıq daha düzgün olacağına və sizi çaşdıracaq yeniliklər bu il ərzində yaşanacaq. Ötən il yaradıcılığınızı yüksək səviyyədə start verdiniz, ancaq bu, sizə əhəmiyyətli ölçüdə fayda verməyib. 2016-ci ildə bu vəziyyət tərsinə dönməyə başlayır. 2015-ci ildəki hərəkətli həyatınız 2016-ci ildə də davam edəcək. İlin sonlarına doğru problemləriniz azalmağa başlamışdı və bu il hamısı kökündən həll olunacaq. Istədiyiniz və arzu etdiyiniz yenilik, dəyişiklik və fərqlilik bu il sizi gözləyir. Bəzən risklərlə qarşılaşacaqsınız, ancaq sahib olduğunuz şərtlər sizi zərərə də sala bilər. 2016-ci ilin ilk yarısına qədər olan dövr şans baxımından da yaxşı səviyyədə keçəcək. Xüsusilə təhsil və işlə əlaqədar mövzularda özünüzü daha yaxşı hiss edəcəksiniz. İşlərin yolunda gedəcək olması sizi çox çox sevindirəcək. Özünüzə olan güvəniniz artmağa başlayacaq. 
 
Buğa - 2016-ci ildə bir az daha ön plana çıxmağa başlayacaqsınız. Geridə buraxdığımız ildə ümumi olaraq özünüzü dəyişdirməyə başladınız. Gərək iş, gərək təhsil həyatınızda fərqliliklər yaşanmağa başlayıb. Bu il ərzində də dəyişikliklərlə qarşılaşmağa başlayacaqsınız. Əhəmiyyətli fürsətlər qarşınıza çıxacaq. 2016-ci ildə ümumi olaraq hər sahədə aktiv və hərəkətli olacaqsınız. Nəzarəti ümumi olaraq əlinizdə saxlamaq və hər cür gedişata özünüz istiqamət vermək istəyirsiniz, ancaq zaman -zaman sizin əlinizdə olmayan səbəblərdən hadisələr də yaşanacaq. Qarşınıza çıxacaq hadisələrin sizi məmnun edəcəyini bilməlisiniz. Yeni ilin ilk günlərindən etibarən rahatlığın və əmin-amanlığın dadını çıxartmağa başlayacaqsınız. İş həyatınızda diqqətli olmadığınız təqdirdə, maddi və mənəvi mənada çətinlik yaşaya bilərsiniz. Maddi vəziyyətiniz 2015-ci ildən etibarən yaxşılığa doğru gedir. Bu il ərzində də dəyişiklik davam edəcək, ancaq sizi çətinə salacaq hadisələrlə qarşılaşmayacaqsınız. 
 
 
Əkizlər - 2016-ci ildə ötən ildəkindən fərqli olaraq daha az çətinliklərlə qarşılaşacaqsınız. 2015-ci ildə həyat standartınız bir az aşağı düşmüşdü. İndi vəziyyətinizi bir az daha düzəldəcəksiniz. İş həyatınızın verdiyi stress, problemlərin ardı-ardına gəlməsi sizi çox yorub. Xüsusilə ətrafınızdakı insanları bədbəxt edəcək davranışlar etmisiniz. Həyatınızın az qala alt-üst olduğu dövrlər yaşadınız. 2015-ci ilin sonlarına doğru həyatınız nizama düşüb. 2016-ci ildə daha yaxşı yerlərə gələcəksiniz. 2016-ci ilin gəlməsiylə şərtlər istədiyiniz kimi irəliləməyə başlayacaq. İşləriniz daha da yaxşıya gedəcək. Borclarınız azalacaq, maddi olaraq bir az rahatlayacaqsınız. Ailə arasında çətinlik yaşayırsınızsa, ailənizlə aranızdakı buzları əritməyə başlayacaqsınız. Sizin etməniz lazım olan tək şey fürsətləri doğru istifadə etmək və məntiqli hərəkət etməkdir. 2016-ci ildə həyatınızda sizi məmnun edəcək və xoşbəxt olmanıza imkan yaradacaq yeniliklər meydana gələcək. Yeniliyi olduğu kimi qəbul edə biləcəksiniz. 
 
Xərçəng - 2016-ci ildə cəsarətiniz artır. Bu isə həm iş həyatınıza, həm də şəxsi həyatınıza birbaşa olaraq təsir edəcək. Bu il ərzində yenilənməyə gedəcəksiniz. Fikirləriniz və həyata baxış bucağınız dəyişəcək. Dəyişməyə hazır olmalı və başlanğıcları lazım olduğu kimi etməlisiniz. İçinizdəki ehtirasın sizi gərgin bir insan etməsinə icazə verməyin. Mənfi olaraq gördüyünüz hər cür şərti dəyişdirəcək gücə sahib olacaqsınız. Xüsusilə, ikili əlaqələr və iş mövzusunda daha aktiv olacaq və ön plana çıxmağı bacaracaqsınız. İşinizdə və ya şəxsi həyatınızda özünüzü düşünərək hərəkət edəcəksiniz. Müvəffəqiyyətə addım-addım yaxınlaşmağınız özünüzə inamı artıracaq. Daha əvvəl başlatdığınız layihələri bu il də davam etdirəcəksiniz. Ətrafınızdakı insanlara qarşı münasibətinizi dəyişdirməlisiniz. 2016-ci il bunun üçün ideal il olacaq. 
 
Şir - 2016-ci ildə şərtlər sizin lehinizə inkişaf edəcək. Bunu ilin ilk günlərindən etibarən hiss etməyə başlayacaqsınız. Geridə buraxdığımız il ərzində çətinlik yaşadığınız və müvəffəqiyyətsiz olduğunuz addımlarınız olub. Yeni ilin gəlməsiylə birlikdə daha əvvəl qarşılaşdığınız çətinlikləri üzərinizdən atmağa başlayacaqsınız. Özünüzə daha çox güvənəcək, yenilik və başlanğıclar mövzusunda daha real addımlar atacaqsınız. Bu il çox daha cəsur olacağınızı söyləyə bilərik. Şərtlərin istədiyiniz kimi irəliləməsi gərək. Şəxsi həyatınızda gözəl yeniliklər olacağını deyə bilərik. Həyatınız yaxşı istiqamətdə irəliləməyə başlayır. Keçirdiyiniz hər gündən kef almağa başlayacaqsınız. Keçən il çox çox səyahət etdiniz və eyni vəziyyət bu il ərzində də olacaq. Ümumi olaraq hərəkətli və maraqlı bir həyat yaşayırsınız. Zaman zaman çətinliklərlə qarşılaşırsınız və bunları gərəyindən çox böyüdürsünüz. Bu vəziyyət eşq həyatınızda və iş həyatınızda çətinlik yaşamağınıza səbəb olub. 
 
Qız - 2016-ci ildə həyatınız bir az daha nizama düşəcək. Əslində bu dəyişiklik geridə buraxdığımız il ərzində başlamışdı və bu il ərzidndə  tamamlanacaq kimi görünür. Gələn il şəxsi həyatınızda baxış tərziniz böyük ölçüdə dəyişəcək. Həyata daha həqiqi dünyagörüşüylə baxmağı öyrəndiniz. Doğru və gerçək olanı ayırd etməkdə çətinlik çəkmirsiniz. Bu isə sizə əhəmiyyətli dərəcədə uğurlar gətirəcək. Özünüzə olan güvən artacaq və yeni işlər mövzusunda daha istəkli olacaqsınız. Fürsətləri doğru qiymətləndirməyi bacardığınız təqdirdə istədiyiniz həyat şərtlərinə sahib olacaqsınız. Hər şey sizin əlinizdədir. Sizi gözləyən yeniliklər 2016-ci ilin ilk yarısına qədər davam edəcək. Fürsətlər mütləq olacaq, ancaq siz də qabiliyyətlərinizi doğru şəkildə istifadə etməlisiniz. Yeni mühitlərdə olacaq, yeni eşqlərə yelkən açacaq, yeni işlərin arxasından qaçacaqsınız. Hədəflədiyiniz yol necə olursa olsun, şans sizdən yana olacaq. 
 
Tərəzi - 2016-ci ilin fərdi olaraq inkişaf etdiyiniz və çətinlikləri artıq geridə buraxacağınız bir il olacaq. Həyatınızı necə dəyişdirəcəyinizlə bağlı bir qərar verə bilmirsiniz. Hədəflərlə bağlı çətinlik şəkirsiniz. 2016-ci ildə artıq nə istədiyinizdən əmin olacaq və buna görə hərəkət edəcəksiniz. Özünüzə olan güvəniniz artacaq və müvəffəqiyyətə çatmaq üçün lazımlı olan istəyə sahib olacaqsınız. Həyatınızda nizam-intizam olacaq. Bəziləriniz artıq öz ayaqları üzərində dayanmağa başlayacaq. Hər zamankindən çox məsuliyyət almağa başlayacaqsınız və bu gücü də özünüzdə hiss edəcəksiniz. Müvəffəqiyyətli ola biləcəyinizi bilirsiniz. Xüsusilə iş və qazanclar mövzusunda şanslı olacağınız bir il sizi gözləyir. 2016-ci ildə xəyal qurmaqdan vaz keçəcək və gerçək olanın arxasına düşəcəksiniz. Həyata qarşı baxış bucağınızı böyük ölçüdə dəyişəcək. Duyğularınız və hissləriniz əvvəlkindən də güclü olacaq. İnsanların sizi istifadə etməsinə icazə verməyəcəksiniz. Öz ehtiyaclarınızı və istəklərinizi həyata keçirə biləcəksiniz. 
 
Əqrəb - 2016-ci il bəziləriniz üçün çətinliklə qarşılanacaq. Ötən il iş, eşq və ya təhsil həyatınızda radikal dəyişikliyə getmişdiniz. Yeniliklər və dəyişikliklərə nəzarət etməkdən əl çəkin. Hadisələri axarına buraxdığınız təqdirdə daha çox rahat etdiyinizi görəcəksiniz. 2016-ci ili inkişaf ili olaraq görməlisiniz. Qarşınıza çətiliklər çıxacaq, ancaq hər zamanki kimi çətinliklərin öhdəsindən ən yaxşı şəkildə gəlməyi bacaracaqsınız. Ötən il bu dəyişiklikləri çox hiss etdiniz və təcrübəniz artdı. Bu il artıq necə irəliləyəcəyinizi daha yaxşı anlayırsınız. Eşq, iş, ailə və ya təhsil həyatınızda əhəmiyyətli addımlar atmağı düşünürsünüzsə bir az daha sakit və səbirli davranmalısınız. Çox əhəmiyyətli cəhdlər edəcəksiniz, ancaq daha az səhv etməyə diqqət göstərin. Narahatlıqlarınızı bir kənara buraxmalı və hadisələri olduğu kimi qəbul etməyi vərdiş halına gətirməlisiniz. Siz problemləri gözünüzdə böyütsəniz axtardığınız xoşbəxtliyi əlinizdə tutmaq ehtimalınız daha az ola bilər.
 
Oxatan -  2016-ci il sizin üçün müjdələrlə gəlir. Keçən il ürəyinizi sıxan və çox stressli bir il olub. Bu il ərzində artıq qarşınıza problemlər daha az çıxacaq. Mövcud problemləri isə bu il ərzində rahatlıqla həll edəcəksiniz. 2016-ci ildə sizin üçün əhəmiyyətli olanlar arasında hədəfləriniz ilk sırada gələcək. Yaradıcılığınız il ərzində sizə çox böyük faydalar verəcək. Kefiniz yerinə gələcək və çətin şərtlərdə belə içinizdəki müsbət enerjini itirməyəcəksiniz. 2016-ci il sizin üçün əyləncəli il olacaq. İşlərinizi böyütmək imkanı əldə edəcəksiniz. Əhəmiyyətli fürsətlər əldə edəcək və maddi rifahınızı təmin edəcəksiniz. Öz düşüncələriniz daha əhəmiyyətli olacaq və bu səbəblə artıq ekoloji şərtlərin təsirində qalmaq yerinə öz düşündüklərinizə qiymət verməlisiniz. Həyəcanlısınız və bunu da iş həyatınıza əks etdirməyi bacardığınız təqdirdə kimsə sizin önünüzdə dayana bilməz. Il ərzində özünüzü gücsüz hiss etdiyiniz zamanlar olacaq. Ancaq bu il onsuz da ümumi olaraq şərtlər istədiyiniz kimi davam edəcək. 
 
Oğlaq - 2016-ci ilə özünüzdən əmin və hər mənada güclənmiş bir şəkildə girəcəksiniz. Sizi çətinliyə salan, gərəksiz yerə çətinliklər yaşamanıza səbəb olan problemlərin artıq bu il ərzində qarşınıza çıxmayacağını bilməlisiniz. Bəzən kiçik çətinliklər yaşanacaq, ancaq hamısının öhdəsindən gəlməyi bacaracaqsınız. Çox müvəffəqiyyətli olmaq istəyirsinizsə, məsuliyyəti bir o qədər də azaldın. Məsuliyyətlərinizi nə qədər çox artırsanız, müvəffəqiyyətə də o qədər gec çatarsınız və özünüzü çətinlikdə hiss edərsiniz. Bəziləriniz üçün yorucu keçən ildən sonra daha yetkin olmağı bacarırsınız. Xüsusilə, iş və eşq həyatınızda sakitlik tapmaq imkanınız olacaq. Problemlər qarşısında daha sakit qalmağı bacaracaqsınız. Artıq hərəkətə keçməyili və həyat standardınızı artırmaq üçün işlərə başlamalısınız. Hər keçən gün özünüzə olan güvəniniz yüksələcək. 
 
Dolça - 2016-ci ildən gözlədiklərinizin bir xeyli böyük olduğunu düşünürəm. Narahat olmayın, istəklərinizə bu il çata bilərsiniz. Il ərzində uğurlara tez-tez çatacaq və çox əhəmiyyətli mövzularda da qərarlı bir şəkildə hərəkət edəcəksiniz. İnsanların nə dediyinə deyil, canınızın necə istədiyinə diqqət verin. 2016-ci il ərzində qabiliyyətləriniz daha da artacaq. Həm rahatlığınız artacaq, həm də qabiliyyətlərinizi istədiyiniz şəkildə istifadə edəcəksiniz. Həyata qarşı daha diqqətli olacaqsınız. Bu il ərzində səhvləri təkrarlamaq istəmirsinizsə eşq, iş, təhsil və ya ailə həyatınızda bir az daha diqqətli olmalısınız. İl ərzində əhəmiyyətli mövzularda hərəkətə keçərkən heç çətinlik çəkməyəcəksiniz. Artıq karyeranızla bağlı qeyri-müəyyənliklər sona çatır. 2016-ci ildə çox daha balanslı olacaq və həddindən artıq risklərin içinə girməməyə çalışacaqsınız. Hədəflərinizi təyin edib və doğru planlar etməlisiniz. İşinizlə əlaqədar göstərdiyiniz səylərin qarşılığını artıqlaması ilə alacaqsınız. 
 
Balıq - 2016-ci il sizin üçün düşərli il olacaq. Xüsusilə, iş mövzusunda gözəl xəbərlər olacağını bilməlisiniz. Hər mövzuda özünüzü inkişaf etdirməyi bacardınız. Həyata baxışınız bir az daha real olmağa başladı. Əslində siz istədiyiniz zaman hər şeyin öhdəsindən gələ biləcək qabiliyyətlərə sahibsiniz. Bunun artıq tamamilə fərqinə varmış olmalısınız. Gərək iş mövzusunda, gərəksə şəxsi həyatınız söz mövzusu olduğunda çox daha rahat hərəkət edə bildiyinizi görəcəksiniz. Sizi məhdudlaşdıran şərtlər il ərzində tamamilə dəyişməyə başlayacaq. Şəxsi olaraq özünüzü çox daha yaxşı hiss edəcəksiniz. Xüsusilə iş mövzusundakı qabiliyyət və yaradıcılığınız üst səviyyələrə çatacaq. 2016-ci ildə qazancınız təxmin etdiyinizdən də çox ola bilər. İşlərinizi büyüdəcəksiniz. Şans tamamilə sizdən yana olacaq. 
 
Şahin Həbibov
BAKU.WS