SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın ən böyük kabel televiziya operatoru olan КАТV1-in abunəçilərinə yüksək keyfiyyətlə yayımlanan "Mir HD” kanalı da əlçatan olacaq.

"Mir” Dövlətlərarası Teleradio Şirkətinin şəbəkə inkişafı xidmətinin rəhbəri Vladimir Kazarezov bildirib ki, indi Azərbaycan tamaşaçılarına bu kanal HD keyfiyyətində əlçatan oldu.

Teleradio şirkətinin proqram direktoru Sofiya İvanova vurğulayıb ki, "Mir HD” kanalının rəngarəng proqramları vasitəsilə arzu edən hər kəs vəhşi təbiəti müşahidə edə, açıq kosmosun sirlərini öyrənə, Avropanın ən gözəl qəsr və saraylarını görə bilər.

Qeyd edək ki, "Mir HD” telekanalı efirə "Mir” Dövlətlərarası Teleradio Şirkəti tərəfindən 2015-ci il yanvarın 1-dən buraxılıb. Kanal Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova və Ukraynada yayımlanır.

BAKU.WS