Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard dolları ötdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin ilk yeddi ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
BAKU.WS xəbər verir ki, 121 ölkəyə məhsul ixrac edilib, 160 ölkədən isə məhsul idxal olunub.
2026-cı ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 30 milyard 17 milyon 400 min dollar təşkil edib. Bu dövrdə 10 milyard 256 milyon ABŞ dolları məbləğində müsbət ticarət saldosu yaranıb.
2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 6.9 faiz artıb, real ifadədə isə 15.1 faiz azalıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...