SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS şənbə gününün qoroskopunu təqdim edir: 

Qoç - Çoxdan bəri həllini tələb edən məsələ yenidən gündəmdədir. Günün ikinci yarısında mübahisəli məsələlərin çözülməsini bir qədər ertələyin. Fəaliyyət arealında qayda yaradın. Vədlərə əməl edin. Borcların bir qismini qaytarın. Şəxsi münasibətlərə yetərincə vaxt ayırın. Axşam saatlarında planlar qəflətən dəyişə bilər.

Buğa - Emosional, gərgin gündür. Yaxınlarınız sizdən diqqət gözləyirlər. Ailə üzvlərinin yardım istəklərinə soyuq yanaşsanız, münaqişə istisna deyil. Situasiyaya bir qədər fərqli baxın. Günün ikinci yarısında ümidlər və gözləntilər real olmalıdır. Anlaşma uğurun yarısıdır. Fəaliyyətin sırf maddi formatlı variantlarına üstünlük verin. 

Əkizlər - Əhvalınızda kəskin dəyişikliklər ola bilər. Günün ikinci yarısında hisslərə qapılmayın, illüziyalara aldanmayın. Baş verənlərin zahiri təzahürlərinə aldanmayın. Hirsli insan təsiri bağışlamayın. Fəaliyyət istiqamətində yeniliklər etmək olar. Danışıqlar, müzakirələr, anlaşmalar və sövdələşmələr üçün əlverişli zamandır. Cari vəziyyətdə effektiv olmayan əlaqələrdən imtina edin.

Xərçəng - Diqqət mərkəzində olacaqsınız. Günün ikinci yarısında münasibətlərdəki problemləri aradan qaldırmaq üçün təşəbbüskar siz olun. Gərgin situasiyadan çıxış yolunu daha fəal şəkildə arayın. Artıq-əskik danışan insandan uzaq durun. Dəyər verdiyiniz insanla münasibətləri inkişaf etdirin. Ümumi problemin həllinə başlayın.

Şir - Yalnız peşəkar fəaliyyət müstəvisində mübahisələr etmək olar. Gərəkli məlumatı arayın, mürəkkəb məsələləri həll edin. İntellektual məsələnin çözümü zamanıdır. Günün ikinci yarısında tərəfdaşlar və şəriklərin aktivliyini gərəkli istiqamətə yönəltmək olar. Maddi bazanızı möhkəmləndirin. Ailəniz sizə dəstək olacaq. 

Qız - Yalnız cari məsələlərlə məşğul olun. Gecikmə, təxirəsalma, çalışdığınız insanların qeyri-dəqiqliyi istisna deyil. Anlaşılmazlıq münaqişə vəziyyəti yarada bilər. Tələsməyin, qərarlarınızı götür-qoy edin. Genişmiqyaslı işlərə start verməyin. Prioritetlər fərqlidir. Təfərrüatlar və detallar xüsusi əhəmiyyət kəsb edəcək. Axşam saatlarında ətrafınızdakı insanları dinləməyi bacarın.

Tərəzi - Hadisələrə süni təkan verməyin. Bununla yanaşı, situasiyanı nəzarətdə saxlayın. Yalnız öz maraqlarınızı düşünərək başqalarının mənafelərini kobud şəkildə qulaqardına vurmayın. Günün ikinci yarısında məqsəd və hədəfləri təftiş edin. Bundan sonrakı fəaliyyətinizin bəzi düzəlişlərə ehtiyacı var. Yeni məlumat, suallara cavablar peyda ola bilər. 

Əqrəb - Qarşınıza konkret məqsəd qoyubsunuzsa, plana uyğun hərəkət edin. Qətiyyətli, iradəli və əzmkar olun. Dürüst kursla irəlilədiyinizə əmin olun. Peşəkarlığınızı nümayiş etdirin. Situasiyanı tam kontrol altında saxlayın. İşdə rəhbərliklə danışanda laübəli ifadələr işlətməyin. Günün ikinci yarısında situasiyaya aktiv qatılın. İradənizin ziddinə olaraq hansısa proseslə bağlı fikir bildirməyin.

Oxatan - Tələskənliyə yol verməyin, aramla çalışın. Qərarların qəbulunda müstəqil olun. Muxtariyyətdə xeyir var. Müəyyən addımları ətrafınızdakı insanlarla razılaşdırmalısınızsa, emosional amilləri mütləq nəzərə alın. Vurnuxma ən asan, ən rahat işi korlaya bilər. İşinizdən həzz almağa çalışın. Şəxsi münasibətlərdə aktiv olun. Əvvəlcədən formalaşmış davranış modelinin çərçivələrindən kənara çıxmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq - Pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik etməyin. Ailə qayğıları və məişət işlərini ön plana çıxararaq bilavasitə məşğul olmanız gərəkən məsələləri unutmayın. Alış-veriş üçün münasib zamandır. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın. Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər.

Dolça - Kimsəyə fikir vermədən irəliləyin. Statusunuzu artırın, mövqelərinizi möhkəmləndirin. Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın. Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin.

Balıqlar - Rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Psixoloji amillərə diqqətli yanaşın. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin.

BAKU.WS