SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış prodüser Tolik (Tarix Əliyev) yaşadığa mənzilə qaz verilməmisəndən şikayətlənib.  

BAKU.WS məlumat verir ki, prodüsser yaşadığı mənzilə qaz verilməməsindən şikayətlənərək şəxsi İnstaqram hesabında bunları yazıb:
 
"Hansı dövrdə yaşayırıq? 1 ilə yaxındır ki, "Abşeron City"də yaşayıram. Bina standartlara uyğundur, FHN-in baxışından keçib. Suyu, işığı, hər şeyi var, amma qazı yoxdur ki, yoxdur. Soyuqda evdə niyə paltarla gəzməliyik? İndi də qaz çəkiblər, amma plastik kart idarəsi kartları vermir ki. vermir. Başa düşmədim bunlara da aparıb pul vermək lazımdır ki, gətirin binada yaşayan 160 ailəyə kart verin, onların da uşaqları soyuqdan donmasın? Noyabr ayının axırıdır, amma qaz yoxdur. SOCAR bəs hara baxır?”.
 
BAKU.WS