Dənizdə batan Elgünün ailəsi fəryad etdi
Mərdəkanda dənizdə batan 22 yaşlı gəncin axtarışları davam edir.
Məlumata görə, gənc dostları ilə birlikdə Mərdəkan çimərliyinə gedib və dənizdə batıb.
Hadisədən sonra ərazidə axtarışlara başlanılıb. Səkkiz gündür davam edən əməliyyatlara baxmayaraq, Elgün Qarayevdən hələ də xəbər yoxdur.
Onun atası Elçin Qarayev Elgünün tək övladları olduğunu deyib.
Gəncin ailəsi günlərdir dəniz sahilində övladlarının tapılmasını gözləyir. Elgünün anası aidiyyəti qurumlardan axtarışların daha geniş ərazidə aparılmasını və əməliyyatlara helikopterin cəlb edilməsini xahiş edib.
"Sizə yalvarıram, bizə kömək edin. Heç olmasa, balamın cəsədini tapım, aparıb dəfn edim. Gecəm də, gündüzüm də dənizin kənarında keçir", - deyə ana bildirib.
Oxşar xəbərlər
Oğul ona siqaret almayan atasını bıçaqladı
Gəncə şəhərində oğul atasını siqaretə görə bıçaqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Mətləb Məmmədov (soyad şər...