Bu küçədə sürücülər "at oynadırdı" - Radar quraşdırıldı
Şəhərin digər küçə və prospektlərində olduğu kimi Ə. Əliyev prospektində də yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, piyadaların rahat və təhlükəsiz hərəkətinin təşkili, eləcə də sürücülər tərəfindən yol hərəkəti qaydalarına əməl olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, Ə. Əliyev prospektində hərəkətin intensivliyi, piyadaların hərəkət axını və yol-nəqliyyat hadisələrinin başvermə riskləri nəzərə alınaraq aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, mövcud vəziyyət qiymətləndirilmişdir. Aparılan qiymətləndirmənin nəticələrinə əsasən, sürücülərin müəyyən edilmiş sürət həddinə riayət etmələrinin təmin olunması, yol hərəkəti qaydalarına nəzarətin gücləndirilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə ərazidə 2 ədəd sürətölçən radar quraşdırılmışdır.
***10:22
Gəncə şəhərinin Əziz Əliyev prospekti ilə Neman Vəliyev küçəsinin kəsişməsi son vaxtlar sürücülərin məsuliyyətsiz davranışları səbəbindən ciddi narahatlıq doğuran əraziyə çevrilib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin sözlərinə görə, həmin hissədə radar və ya daimi nəzarət sisteminin olmamasından istifadə edən bəzi sürücülər yüksək sürətlə hərəkət edir, kobud qayda pozuntularına yol verir və yol hərəkətinin digər iştirakçıları üçün real qəza təhlükəsi yaradır. Gecə saatlarında isə mühərrik səsi ətrafda yaşayan insanların rahatlığını pozur, ərazini sözün əsl mənasında kabusa çevirir.
Sakinlər hesab edirlər ki, vaxtında tədbir görülməzsə, bu ərazidə ağır yol-nəqliyyat hadisəsinin baş verməsi qaçılmaz ola bilər. Onlar aidiyyəti qurumları təhlükə baş verməmişdən əvvəl hərəkətə keçməyə çağırırlar.
Oxşar xəbərlər
Dələduzluğa görə həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı
Dələduzluqda təqsirləndirilən Elşən Zaxarovun barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, Nərimanov...