Hepatit bütün dünyada geniş yayılan və ölkəmizi də yaxından maraqlandıran mühüm bir sağlamlıq problemidir.

 

"Real hospitalın həkimi Müslüm Nursoyun BAKU.WS-ə verdiyi məlumata görə, ölkəmizdə virus hepatitləri çox böyük təşviş və həyacanla qarşılanır. Hətta insanlar "Hepatit” olduğu zaman gizlətməyə, müəyyən dərəcədə özlərini cəmiyyətdən ayırmağa çalışırlar.

 

"Hər kəs bu virusun ölümcül virus olduğunu düşünür. Əslində bu davranış və fikirlər tamamilə yanlışdır. Vaxtında aşkar edilən virus hepatitlərinin bütün dünyada olduğu kimi, ölkəmizdədə tamamilə müalicəsi mümkündür. Nəzərə alsaq ki, hepatitlər təsadüfi müayinələr zamanı aşkarlanır, bunun üçün vaxtaşırı tibbi müayinələrdən keçmək məsləhətdir”, - deyə Müslüm Nursoy bildirib.

 

 

 

Həkimin sözlərinə görə, virus aşkarlanan hər bir şəxs vaxt itirmədən həkimə müraciət etməlidir. Əks halda zamanla qaraciyərdə ciddi dəyişikliklər yaranacaq. Bu da öz növbəsində qaraciyər sirrozu və qaraciyər xərçənginə qədər irəliləyə bilər.

 

Qeyd edək ki, "Hepatit” ümumi  anlayış olub, qaraciyər hüceyrələrinin iltihabı deməkdir. Həkimin sözlərinə görə, hepatit yaradan viruslar çox olmasına baxmayaraq, ən çox 5 virus ilə qarşılaşırıq. Bunlardan Hepatit A və Hepatit E gigiyenik cəhətdən təmiz olmayan şəraitdə yoluxur. Hepatit B, Hepatit C və Hepatit D isə qan təması ilə yoluxur.

 

 

 

"Ən mühüm yoluxma yolu Hepatit virusu daşıyan qan və qan məhsullarının işlədilməsi və Hepatit virusu daşıyan şəxs ilə cinsi əlaqədir. Sterilaziya qaydalarına əməl olunmayan diş həkimi kabinetləri, gözəllik salonları, döymə (tatu) və piercing mərkəzlərində yoluxma riski yüksəkdir. Əl sıxmaq, toxunmaq, sifətdən öpmək kimi gündəlik normal təmas və sosial münasibətlərlə yoluxma olmaz” – deyə Müslüm Nursoy vurğulayıb.

 

Hepatit B virusu ilə yoluxma zamanı, yetkin insanlarda orqanizmin immuniteti sayəsində müalicəyə ehtiyac olmadan 90 % hallarda sağalma baş verə bilər. Doğuş zamanı  və ya sonradan yoluxan uşaqlarda isə 90-95 % xroniki prosesə çevrilir. İstənilən halda Hepatit B virusu ilə yoluxmuş xəstənin müalicə və müşahidəsi qaraciyər xəstəlikləri mütəxəssisi tərəfindən aparılmalıdır və xəstənin müalicə göstərişi olub olmamasına qərar veriliməlidir: "Xəstə ola bilər ki, ömrünün sonuna qədər sadəcə həkim müşahidəsi ilə heç bir müalicəyə ehtiyac olmadan sağlam şəkildə normal həyatına davam etsin. Bu qrup xəstətlər "daşıyıcı” adlandırılır. Elmi dildə desək "İnaktiv Hepatit B daşıyıcısı”.

 

Daşıyıcı dediyimiz xəstələrdə virusun aktiv hala keçib, qaraciyərdə müxtəlif zədələnmələr yarada bilmə ehtimalı unudulmamlıdır. Aktiv xəstəliyi olan xəstələrə ciddi yanaşmalı, həkim tərəfindən uyğun görülərsə qaraciyər biopsiyası nəticəsinə görə müalicə planlanmalıdır. Müalicə olunmaqla virusu orqanizmdən  təmizləyib, qaraciyər zədələnməsinin qarşısını almaq mümkündür”, - deyə həkim qeyd edib.

 

Hepatit D virusu Hepatit B virusu olan orqanizmlərdə yaşayıb virulentlik edir. Genetik olaraq yarımçıq virus hesab olunur və hepatit B virusu olmadan yaşaması mümkün deyil.İkili infeksiyalar zamanı isə müalicə qərarını həkim verməlidir.

 

Həkim deyir ki, Hepatit C virusu Hepatit B kimi qan yolu ilə yoluxur və vaxtında müdaxilə olunmazsa gələcəkdə qaraciyər sirrozu və qaraciyər xərçənginə qədər gətirib çıxarır. Hepatit C virusu üçün "daşıyıcı” anlayışı yoxdur. Virus təyin edilən xəstələr mütləq müalicə olunmalıdır. Tibbin ən son nəaliyyətlərindən hesab olunan, Hepatit C müalicəsi üçün kəşf edilən dərmanlar vasitəsilə artıq Hepatit C nin müalicəsi tam mümkündür.

 

"Real hospital” klinikasında yeni istifadə olunan dərmanlar, Hepatit C virusunun genotipinə görə müxtəlif  kombinasiyalarda istifadə olunur. Müalicənin təyinatı təcrübəli qaraciyər xəstəlikləri mütəxəssisi tərəfindən verilir.

 

 

 

Uzun müddət Türkiyə Cumhuriyyəti İstanbul Universiteti Cerrahpaşa Tibb fakultəsi qastroenterologiya şöbəsində ixtisaslaşmış qastroenteroloq-hepatoloq, invaziv-endoskopist  Dr. Müslüm Nursoy  hazırda real hospital bakuda, qaraciyər xəstəliklərinin yeni üsullarla effektiv müalicəsi,hepatitlərin diaqnostika və müalicəsində "Qızıl Standart” sayılan Tru-cut  Qaraciyərin biopsiyası və mədə-bağırsaq xəstəlikləri ilə məşğul olur. Avropa Qaraciyər Araşdırmaları Cəmiyyətinin həqiqi üzvüdür.20-ə qədər elmi məqalənin müəllifi və ya iştirakçısıdır.

 

 

 

Ünvan:Bakı şəh,Yasamal rayonu,Zahid Xəlilov 99

Telefon:012-537-23-23, 055-525-23-23


Ziya Səccad

BAKU.WS