DÇ-2026: Avstraliya - Misir oyununda hesab bərabərləşib
Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Avstraliya hesabı bərabərləşdirib - 1:1.
55-ci dəqiqədə Mohamed Haninin avtoqolu "status-kvo"nu bərpa edib.
***22:16
Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ilk qol vurulub.
BAKU.WS xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
13-cü dəqiqədə Emam Aşur başla dəqiq oynayıb.
***22:00
Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyunu başlayıb.
BAKU.WS xəbər verir ki, 1/16 final mərhələsinin matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı uruqvaylı FIFA referisi Qustavo Texera idarə edir.
Oxşar xəbərlər
Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq
"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya çempionatının VI turunda "Leyptsiq"ə qarşı keçiriləcək oyunda iştirak etməyəcək. BAKU.WS report-a istinadən xəbər v...