Hemilton "Formula-1" üzrə Britaniya Qran-prisinin sprint yarışının qalibi olub
Yeniliklərdən dərhal xəbərdar olun
"Ferrari"nin pilotu Lüis Hemilton 2026-cı ilin "Formula-1" üzrə dünya çempionatının doqquzuncu raundu olan Britaniya Qran-prisinin sprint yarışının qalibi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, seçmə mərhələ "Silverstoun" trasında baş tutub.
Yarışda ikinci yeri "Mercedes"in pilotu Kimi Antonelli, üçüncü yeri isə "Red Bull"un pilotu Maks Ferstappen tutub.
Britaniya Qran-prisinin sprint yarışı 4 iyulda keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Seçmə mərhələ də həmin gün saat 19:00-da keçiriləcək və əsas yarışın start cədvəli müəyyənləşəcək.
Çempionatın doqquzuncu raundu 5 iyulda başa çatacaq. Britaniya Qran-prisinin əsas yarışı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...