Haqqında "öldü" xəbərləri yayılan İbrahim Tatlısesin son görüntüsü

Haqqında öldü xəbərləri yayılan İbrahim Tatlısesin son görüntüsü
Foto
Şou-biznes 109

Haqqında "öldü" xəbərləri yayılan məşhur müğənni İbrahim Tatlısesdən xəbər var.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, sənətçinin Türkiyə mətbuatında yayılan xəbərlərdən sonra müalicə olunduğu xəstəxanadan fotosunu paylaşılıb.

Ağır infeksiya və öd kisəsi əməliyyatı keçirən sənətçinin müalicəsi davam edərkən, qardaşı Mahmut Tatlısesin paylaşımı iddialara son qoyub.

Müalicə prosesini uğurla başa vuran Tatlıses, hazırda bərpa və fizioterapiya mərhələsindədir.

Sosial şəbəkədə "İki İbrahim Tatlısesin arasında" qeydi ilə paylaşılan foto qısa müddətdə böyük marağa səbəb olub.

Fotoda Tatlısesin əhval-ruhiyyəsinin də yaxşı olduğu əks olunub.

Sənətçinin yaxınları, onun sağalma prosesinin müsbət istiqamətdə irəlilədiyini bildiriblər.

Haqqında

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər