Əhməd Şara tanınmış aktrisanı deputat təyin etdi
Suriya Prezidenti Əhməd Şara keçid dövründə fəaliyyət göstərəcək yeni parlamentə tanınmış aktrisa Rozina Lazkanini deputat təyin edib.
BAKU.WS xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Məlumata görə, 210 yerlik Xalq Məclisinin 70 üzvü birbaşa Prezident Əhməd Şara tərəfindən təyin olunub. Həmin şəxslər arasında 36 yaşlı aktrisa Rozina Lazkani də yer alıb.
"Al-Hayba" serialındakı rolu ilə tanınan Lazkani təyinatdan sonra sosial media hesabında paylaşım edərək Prezident Əhməd Şaraya təşəkkür edib.
Aktrisa ona göstərilən etimadın karyerasındakı ən mühüm dönüş nöqtələrindən biri olduğunu bildirib və bu etimadı doğrultmaq üçün çalışacağını vurğulayıb.
Qeyd edək ki, Rozina Lazkaninin daha əvvəl dövlət qurumlarında və ya siyasi sahədə hər hansı vəzifə tutmadığı bildirilir.
Şaranın təyin etdiyi 70 nəfər arasında vətəndaş müharibəsi qurbanlarının yaxınları, keçmiş məhbuslar və Bəşər Əsəd hakimiyyəti dövründə baş vermiş kimyəvi hücumlardan sağ çıxan şəxslər də var.
Təyin olunan 70 deputatdan 15-i qadındır. Seçki komissiyası tərəfindən müəyyən edilən daha 6 qadın deputatın da əlavə olunması ilə parlamentdə qadın deputatların ümumi sayı 21-ə çatıb.
Qalereya
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...