SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynovdan yeni xəbər var.

BAKU.WS məlumat verir ki, aparıcı "Hər şey daxil” verilişinə zəng edərək proqramda qonaq olan dostu, müğənni Röya Ayxanla danışıb. Ötən həftə əməliyyat olunan Hacı Nuran səhhəti haqqında məlumat da verib:

"Birinci əməliyyat bitib. İndi yaxşıyam. Bir həftədən sonra növbəti əməliyyat olacaq. Ümumilikdə, bir neçə əməliyyat keçirməliyəm". 

R.Ayxan isə "Elə bil həyat yoldaşımsan. Hamı səni məndən soruşur. Mesaj yazıram, cavab vermirsən. Bakıya tez qayıt” deyə, cavab verib.

Qeyd edək ki, Hacı Nuran artıq neçə müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Aparıcı ilik transplantasiyası olunması üçün Almaniyaya gedib.
 
BAKU.WS