Həkim yayda saçların nə qədər tez-tez yuyulmalı olduğunu açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yay aylarında baş dərisi daha tez yağlandığı üçün saçların yuyulma tezliyi dəyişir.
BAKU.WS xəbər verir ki, bunu dermatoloq Stefano Maria Serini bildirib.
Onun sözlərinə görə, yayda saçların nə qədər tez-tez yuyulması saç və baş dərisinin tipindən asılıdır:
"Baş dərisi yağlı olan və ya aktiv həyat tərzi sürən insanlara saçlarını həftədə 5-6 dəfə yumaq tövsiyə edilir".
Həkim əlavə edib ki, baş dərisi normal və ya quru olan şəxslər üçün isə saçları 2-3 gündən bir yumaq kifayətdir:
"Əgər hər hansı səbəbdən saçları daha tez-tez yumaq lazım gələrsə, təbii yağ qatını zədələməyən, yumşaq və qidalandırıcı tərkibli şampunlardan istifadə etmək məsləhətdir".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...