Braziliya dramatik qələbə ilə dünya çempionatında 1/8 finala yüksəldi

Braziliya dramatik qələbə ilə dünya çempionatında 1/8 finala yüksəldi
İdman 27

2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Braziliya millisi Yaponiya üzərində əzmkar qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

BAKU.WS xəbər verir ki, Hyustonda keçirilən qarşılaşmada hesabı ilk hissədə Asiya təmsilçisi açıb. Yaponiya millisinin heyətində Kaysyu Sano 29-cu dəqiqədə fərqlənərək komandasını önə keçirib.

Fasilədən sonra oyunda üstünlüyü ələ alan Braziliya hesabı bərabərləşdirməyi bacarıb. 56-cı dəqiqədə Kazemiro komandasının bərabərlik qolunu vurub. Qarşılaşmanın taleyi isə əlavə vaxtda həll olunub. 90+5-ci dəqiqədə Qabriel Martinelli rəqib qapısına yol taparaq Braziliyaya 2:1 hesablı qələbə qazandırıb.

Bu nəticə ilə "sambaçılar" dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə əldə ediblər. Braziliyanın növbəti rəqibi Fildişi Sahili – Norveç cütünün qalibi olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər