Bakıətrafı ərazilərdə yağışdan sonra kütləvi şəkildə balaca qurbağalar peyda olub

Bakıətrafı ərazilərdə yağışdan sonra kütləvi şəkildə balaca qurbağalar peyda olub
Video
Sosial 100

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Albalılıq bağları ərazisində yağışlardan sonra qeyri-adi hadisə müşahidə olunub.

BAKU.WS-in məlumatına görə, ərazidə minlərlə yeni balaca qurbağa peyda olub. Oxşar hadisə Bakıətrafı ərazilərin bir çoxlarında müşahidə olunub.

Sakinlərin iddiasına əsasən, son günlər yağan intensiv yağışlar və rütubətin artması qurbağaların kütləvi şəkildə yumurtadan çıxmasına şərait yarada bilər. Nəticədə bağ sahələrində, yolların kənarında və həyətlərdə çoxlu sayda xırda qurbağalara rast gəlinir.

Qeyd edək ki, bu hal təbiət üçün qeyri-adi hesab edilmir. Qurbağalar yaz və yay aylarında, xüsusilə də güclü yağışlardan sonra kütləvi şəkildə çoxala bilir. Yağış suları onların inkişafı üçün əlverişli mühit yaratdığına görə belə mənzərələr zaman-zaman müşahidə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər