Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa 86 yaşında vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyalı aktrisa və aparıcı Dama Penelopa Keyt vəfat edib.
BAKU.WS xəbər verir ki, Britaniya mədəniyyətinin ən parlaq simalarından biri və çoxsaylı mükafatlar sahibi 86 yaşında dünyasını dəyişib.
Uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkən sənətçinin ölümü onun ailəsi tərəfindən rəsmi olaraq təsdiqlənib.
"50 ildən çox yaşadığı "Surrey"dəki evində, mübarizə apardığı xəstəlikdən sonra Dama Penelopa Keytin dinclik içində vəfat etdiyini böyük kədərlə bildiririk. Müalicə müddətində ona göstərilən diqqət və dəstəyə görə minnətdarıq. Bu həssas dövrdə məxfilik hüququmuza hörmətlə yanaşmağınızı xahiş edirik" -deyə ailəsinin yaydığı açıqlamada qeyd edilib.
Xatırladaq ki, Penelope Keyt 1977-ci ildə məşhur "The Good Life" serialında canlandırdığı "Margo Leadbetter" obrazı ilə tanınıb.
Sosial statusuna və imicinə xüsusi önəm verən bu obraz aktrisaya BAFTA mükafatı qazandırmaqla yanaşı, onu Britaniya komediya tarixinin ikonik simalarından birinə çevirib.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...