SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Çeçenistan lideri Ramzan Kadırov bacısı Zulay Axmetlə birlikdə toy mərasimində iştirak edib.
 
BAKU.WS-in məlumatına görə, çeçen lider öz Instagram səhifəsindən İmam Taymasxanova və Elin Buxadjievoyun toyundan görüntü paylaşıb. Bəyin dini mühitdə, imanlı ailədən olduğunu yazan Kadırov sözlərinə belə davam edib:
 
"İmamın atası general Masxud Taymasxanov və anası Petimat ləyaqətli uşaqlar böyüdüb. Sirr deyil ki, ana uşaqların tərbiyəsində böyük rol oynayır. Petimat bu rolun öhdəsindən çox yaxşı gəlir. Belə toylarda özünü əla hiss edirsən. Mənə çox xoşdur ki, toy bizim milli ənənələrimizlə uyğun təşkil edilib. Mən İmama və Elinə xoşəxtlik arzu edirəm!"
 
BAKU.WS