"Lada Vesta" Çeçenistanda yığılacaq (VİDEO)
13
okt
2015
13:35
"Lada"nın "Vesta" modeli Çeçenistanda istehsal olunacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə Çeçenistan lideri Ramzan Kadırov söyləyib. O bildirib ki, Rusiya sənaye və ticarət naziri Denis Manturovla birlikdə belə bir qərara gəliblər. Kadırov rusiyalı nazirlə birgə "Lada"nın "Vesta" modelini sınaqdan keçirib.
"Lada"nın "Priora" modeli istehsal olunan zavoda da baş çəkən rəsmilər avtomobilin keyfiyyətli istehsal olduğunu bildiriblər. Kadırov bildirib ki, Çeçenistanda ən müasir avtomobillər istehsal olunur və bu maşınlar dünya standartlarına cavab verir.
BAKU.WS
Oxşar xəbərlər
Nazir devalvasiya risklərindən danışdı
"Dünya enerji bazarındakı qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarının milli valyutalarının devalvasiyası Azərbaycan iqtisadiyyatı üçün əlavə risklər yaradır"....