VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Son günlər ərəb şahzadələri Azərbaycana tez-tez səfər edir. Onların ölkəmizə səfəri isə Azərbaycanın zəngin təbiəti ilə bağlıdır. Ov üçün Mil-Muğan bölgəsinə üz tutan ərəblər rayonlarımızda heyvanların qətli ilə məşğul olur desək yanılmarıq. Bir neçə gün öncə ərəb şeyxlərinin məsuliyyətsiz əməlinə görə, azərbaycanlı şəxs 18 min 500 manat həcmində cərimələndib. Ancaq burada bir sual ortaya çıxır. Ərəb şeyxlərinin Azərbaycandakı qanunsuz ovlarına görə niyə azərbaycanlı şəxs cəzalanmalıdır?

 

BAKU.WS-in bu sualını cavablandıran hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, ovun təşkili və vasitəçisi kimi azərbaycanlı şəxsin cərimə edilməsi qanunidir. Ancaq hüquqşünas qeyd edir ki, hər bir şəxs Azərbaycan qanunlarına riayət etməlidir. Ə.Məmmədli bildirir ki, əcnəbiləri ölkəmizə gətirən şəxs məsuliyyəti də öz üzərinə götürür və buna görə də cavabdeh daşıyır. 

 

"Şeyxlərin Azərbaycanda ov etməsi üçün lisenziya lazımdır. Bununla yanaşı, ov heyvanlarına görə rüsumlar müəyyən edilib və bu ödəniş edilməlidir. Əgər qanunla müəyyən edilmiş qaydalar icra edilmirsə, şübhəsiz ki, həmin şəxslər cərimə edilməldir. Ərəbləri ölkəmizə gətirən və vasitəçi, eyni zamanda ovun iştirakçısı olan şəxsin cərimələnməsi də tam qanuna uyğundur".

 

Xatırladaq ki, əcnəbi ölkə vətəndaşlarının bir neçə gün ərzində Azərbaycanda qonaq olmaları və Saatlı rayonunda ov etmələri barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən araşdırılıb. 


 

Araşdırmalar zamanı məlum olub ki, Vüsal Ağayev adlı şəxs bilavasitə qonaqları müşayiət edib, onların Azərbaycanda gəzintisini, istirahətini, ov məqsədi üçün quşlara təlim keçmələrini və ov etmələrini təşkil edib. Lakin bu şəxs qanunamüvafiq qaydada lisenziya alınması üçün ETSN-nin aidiyyəti qurumlarına müraciət etməyib. 

Bununla da Azərbaycan təbiətinə, heyvanlar aləminə nümayişkaranə surətdə zərər vurduğuna, ölkənin təbiəti mühafizə haqqında qanunlarına məhəl qoymadığına və birbaşa olaraq "Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 14 oktyabr 2015-ci il tarixində Vüsal Ağayev barəsində 21093 nömrəli protokol tərtib olunub, ona fiziki şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 18500 manat məbləğində cərimə və iddia tətbiq edilib.
 
BAKU.WS ərəb şeyxlərinin Azərbaycanda çəkilən ov macəralarından video görüntüləri təqdim edir:
 
Şahin Həbibov
BAKU.WS