Varlı ərəb şeyxlərinin Azərbaycanda ov macəraları davam edir (FOTO, VİDEO)

Varlı ərəb şeyxlərinin Azərbaycanda ov macəraları davam edir (FOTO, VİDEO)
Video
Şou-biznes 3613
 

Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb. 

BAKU.WS-in məlumatına görə, Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər çox guman ki "Qırmızı Kitab"a düşən nadir canlıları ovlamaqla məşğul olublar. 

Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrinə sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdiriblər. Videolardan görünür ki, ərəblər Azərbaycan hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə Qətər və Dubaydan ölkəmizə  axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır. 

Xatırladaq ki, hələ bir neçə gün öncə ərəb milyarderlər Saatlı rayonuna gəlmişdi. Azərbaycan artıq ərəblər üçün ov məkanına çevrilib. Hər il ölkəmizə baş çəkən zəngin ərəblər ölkəmizdə küllü miqdarda pul xərcləyir, lüks evlər kirayələyir və istirahət edirlər. 

ŞAHİN Həbibov

BAKU.WS  

Oxşar xəbərlər

Ərəb şeyxlərinin Azərbaycandakı ov keyfi (FOTO)

Ərəb şeyxlərinin Azərbaycandakı ov keyfi (FOTO)

Saatlıda səfərdə olan ərəb şeyxləri ilə bağlı yeni təfərrüatlar məlum olub. BAKU.WS-in məlumatına görə, Mil-Muğan düzündə səfərdə olan ərəb şeyxləri xeyli ov...

1638 Şou-biznes 14:29 14 oktyabr 2015

Son xəbərlər