Ərəb şeyxləri indi də Saatlıya getdilər

Ərəb şeyxləri indi də Saatlıya getdilər
Şou-biznes 1092

Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəraları davam edir. Onlar ov üçün indi də Saatlıya gediblər.

BAKU.WS xəbər verir ki, Saatlı sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələyiblər.

"Belə görünür ki, ərəb qonaqlarımız Saatlıda hələ uzun müddət qalacaqlar. Belə ki, hər evi 4-5 aylığa kirayələyib və bunun üçün hər evin sahibinə bəri başdan 12000 manat ödəyiblər” - deyə rayondakı mənbələrimiz bildirib.

Məlumata görə, ərəb zənginləri ov əyləncəsi üçün Azərbaycanın ən böyük göllərindən olan Sarısu gölünün ərazisini seçiblər. Saatlıda yerləşən Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.

Ərəb ovçuları artıq həmin əraziyə bir neçə konteynerdə ləvazimat da daşıyıblar. Kənar şəxslərin bu əraziyə girişi qadağan edildiyindən yerli sakinlərdə qonaqların hansı ov əyləncəsi ilə məşğul olacağı barədə məlumat yoxdur. Yerli sakinlər ova gələnlərin kim olduqlarını da bilmirlər.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Ərəb şahzadəsi Azərbaycanda yarım milyon manata ev aldı

Ərəb şahzadəsi Azərbaycanda yarım milyon manata ev aldı

Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və 100-ə yaxın səhabəsi ov etmək üçün...

2256 Şou-biznes 20:14 03 oktyabr 2015

Son xəbərlər