UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib
"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.
BAKU.WS xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.
Masazırdakı "Bank Respublika Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.
***21:46
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
Kahim Parris 84-cü dəqiqədə fərqlənib.
***21:27
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
Velko Simiç 66-cı dəqiqədə fərqlənib.
***20:00
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" - TNS qarşılaşması start götürüb.
BAKU.WS xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüşü polşalı hakim Patrik Qrıkiyeviç idarə edir.
Oxşar xəbərlər
Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb
Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub. Azərbaycan Ağırlıqqaldırma Fe...