ABŞ bu il üçün ölkədə neft hasilatı proqnozunu gündəlik 60 min barel artırıb
ABŞ Energetika Nazirliyi 2026-cı ildə ölkədə neft hasilatı proqnozunu gündəlik 60 min barel artıraraq 13,78 milyon barelə çatdırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Enerji İnformasiya İdarəsinin (EIA) aylıq proqnozunda bildirilir.
Bununla yanaşı, növbəti il üçün proqnoz gündəlik 120 min barel azaldılaraq - 14,15 milyon bareldən 14,03 milyon barelə endirilib.
Bildirilib ki, 2025-ci ilin yekunlarına görə EIA ABŞ-də neft hasilatını gündəlik 13,59 milyon barel səviyyəsində qiymətləndirib, bu da ölkə tarixində yeni rekorddur.
Həmçinin Energetika Nazirliyi də cari ildə "Brent" markalı neftin orta qiymət proqnozunu kəskin şəkildə - 14 % azaldaraq bir barel üçün 95,39 dollardan 81,91 dollara endirib. Onun proqnozuna görə, 2027-ci ildə "Brent"in qiyməti orta hesabla bir barel üçün 64,76 dollar təşkil edəcək, bu da dünya neft ehtiyatlarının toplanmasının davam etməsi ilə əlaqədar olacaq.
Oxşar xəbərlər
İranın hücumu nəticəsində İordaniyada iki amerikalı hərbçi həlak olub
17 iyul tarixində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və tərəfdaş qüvvələr İranın ballistik raket və dron hücumlarından müdafiə olunarkən İordaniyada iki ABŞ hər...