Pezeşkianı qalibiyyəti münasibətilə ilk təbrik edən İlham Əliyev oldu: Reaksiyalar necədir? - VİDEO

Pezeşkianı qalibiyyəti münasibətilə ilk təbrik edən İlham Əliyev oldu: Reaksiyalar necədir? - VİDEO
Video
Şou-biznes 102

Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.

İranın "İRNA" informasiya agentliyi "İlham Əliyev Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib" başlıqlı xəbər yayımlayıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Məsud Pezeşkiana təbrik məktubu göndərərək, onu İranın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.

Türkiyənin "Anadolu Ajansı" xəbər verir ki, xarici işlər naziri Hakan Fidan və İlham Əliyev Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərini müzakirə ediblər.

Məqalədə bildirilib ki, xarici işlər naziri Hakan Fidan və Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Şuşada keçirilən görüşdə Türkiyə və Azərbaycanın Ermənistanla əlaqələrini müzakirə ediblər.

Hindistanın "United News of India" nəşri "Azərbaycan Prezidenti ABŞ səfiri ilə danışıqlar aparır" sərlövhəli məqaləsində Prezident İlham Əliyevin iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Braynı qəbul etməsinə dair xəbər verir.

Məqalədə Ceyms O"Braynın söhbət əsnasında ABŞ-nin regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu, Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyi qeyd olunub.

Ətraflı videoda:

Son xəbərlər