DİM: "699,5 balla ölkə birincisi olduğu deyilən adam ümumiyyətlə imtahana gəlməyib" - FOTO - YENİLƏNİB

DİM: 699,5 balla ölkə birincisi olduğu deyilən adam ümumiyyətlə imtahana gəlməyib - FOTO - YENİLƏNİB
Şou-biznes 24666

"Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır".

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd edilib ki, adıçəkilən şəxs - Rasəf Həsənli - ümumiyyətlə imtahanda iştirak etməyib.

Rasəf Həsənli özü də Oxu.Az-a açıqlamasında qeyd edib ki, barəsində yayılan xəbərdən sosial media vasitəsilə xəbər tutub və həmin məlumatlar həqiqəti əks etdirmir.

*** 17.06.2024 20:00

Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxs 699,5 bal toplayıb.

Bu barədə Cənublu.az məlumat paylaşıb.

Qeyd olunub ki, Lerik rayonun Cəbrayıl Ağayev adına Biləvər kənd məktəbinin 2022-ci il məzunu Rasəf Həsənli I ixtisas qrupu üzrə iki mərhələnin cəminə görə 699,5 bal toplayaraq respublika birincisi adını qazanıb.

Oxşar xəbərlər

Vakant olan yüksək məmur vəzifələri - SİYAHI

Vakant olan yüksək məmur vəzifələri - SİYAHI

Dövlət qulluğunda inzibati rəhbər ( A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat davam edir.Dövlət İmtahan Mərkəzi (DIM) tərəfindən 29 iyul 2018...

1000 Şou-biznes 13:30 24 iyul 2018

Son xəbərlər