Vakant olan yüksək məmur vəzifələri - SİYAHI

Vakant olan yüksək məmur vəzifələri - SİYAHI
Şou-biznes 993
Dövlət qulluğunda inzibati rəhbər ( A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat davam edir.Dövlət İmtahan Mərkəzi (DIM) tərəfindən 29 iyul 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.DİM-dən verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək etmək üçün qeydiyyat 27 iyul saat 18:00-dək davam edəcək.Qeyd edək ki, 24 iyul saat 09:00-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün AB vəzifə qrupu üzrə 5, AC vəzifə qrupu üzrə 17 nəfər olmaqla, ümumilikdə 22 nəfər qeydiyyatdan keçib.Bildiyiniz kimi, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.Xatırladaq ki, Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 35 yer , AB vəzifə qrupu üzrə 306, AC vəzifə qrupu üzrə isə 821 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Azərbaycan Respublikasının Hesablama Palatasında şöbə müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığa Kömək milli Fondunun rəhbəri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində Dövlət Baytarlıq Xidmətinin rəhbəri ,Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəhbəri vəzifələri vakantdır.Namizədlərin nəzərinə çatdırırıq ki, inzibati rəhbər vəzifələr üzrə növbəti test imtahanı sentyabrın 29-da keçiriləcəkdir. DİM-in saytında vakant vəzifələr haqqında mütəmadi olaraq müsabiqə və müsahibə elanları yerləşdirilir. Müvafiq sertifikata malik olanlar, vakant yerlərin müsabiqəsində iştirak etməklə yüksək dövlət qulluğu vəzifələrini tuta bilərlər.İmtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.BAKU.WS

Son xəbərlər