SİZİN REKLAM BURADA!
055 213 76 73


Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı rejissor, Əməkdar incəsənət xadimi Ülviyyə Könül olub.

O, qadın rejissor olaraq film çəkərkən qarşılaşdığı maneələrdən danışıb.

Qeyd edib ki, qadınların uğurunun həzm edilməməsi onu ən çox narahat edən məqamlardan biridir.
“Həddən artıq uyğunluq” filminin bədii şurasında səkkiz-doqquz kişi var idi. Hamısı da məndən yaşca böyük, adlı-sanlı adamlar idi. Baxmayaraq ki, ssenari müəllifi özüm deyildim, çəkdiyim filmə görə təzyiqlə üzləşdim, qəribə reaksiyalarla qarşılaşdım. Filmin baş qəhrəmanı uğura nail olan qadın obrazı idi. Çox hörmət etdiyim sənətkarlardan biri demişdi ki, bu obraz düzgün deyil. Çünki Azərbaycanda qadın özü heç nəyə nail ola bilməz, onun ya adamı var, ya da başqa bir şey”, -deyə Ü.Könül söyləyib.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO