SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Böyük Britaniyanın Legatum İnstitute araşdırma mərkəzi 2016-cı ilin yaşamaq üçün dünyanın ən əlverişli ölkələrinin siyahısını açıqlayıb.

BAKU.WS xəbər verir ki, siyahı mərkəzin ekspertlərinin vətəndaşlar arasında bir sıra meyarlara görə keçirdiyi gündəlik sorğuya əsasən hazırlanıb.

İqtisadiyyat, sosial sfera, biznesin mümkünlüyü, səhiyyə və azadlıq kimi meyarlar tədqiqatlar zamanı nəzərə alınıb.

149 ölkənin olduğu siyahıda ən çiçəklənmiş ölkə Yeni Zelandiya qeyd olunur. İkinci yerdə isə Norveç qərarlaşıb. Üçlüyü Finlandiya bağlayır.

Azərbaycan siyahıda 103-cü, Ukrayna isə 107-ci yerdədir.

İlk onluğu təqdim edirik

1. Yeni Zelandiya
2. Norveç
3. Finlandiya
4. İsveçrə
5. Kanada
5. Avstraliya
7. Niderland
8. İsveç
9. Danimarka
10. Böyük Britaniya
 
İlyas Quliyev
BAKU.WS