Azərbaycan dünyanın “ən yaxşı ölkələri” siyahısına düşdü
"2016 Ən Yaxşı ölkələr” hesabatında birinci yer Almaniyaya verilib. ABŞ 4-cü yerdədir.
BAKU.WS azadliq.org-a istinadən xəbər verir ki, U.S.News-un hazırladığı hesabatda Azərbaycan 53-cü yerdədir. Ermənistan, Gürcüstan kimi ölkələr isə bu siyahıya düşə bilməyib. Qazaxıstan 55-ci, Ukrayna 59-cudur. Rusiya 24-cüdür. MDB ölkələrindən yalnız bunlar siyahıya düşə bilib. Qonşulardan İran isə 58-cidir.
Ən yaxşı ölkə hansı meyarla müəyyən olunub?
Bura ölkənin mədəni irsi, mədəni nüfuzu,regional və dünya proseslərində oynadığı rol, bu ölkələrə səyahətin maraqlı olub-olmaması, təhlükəsizlik, həyatın keyfiyyəti, iş görməyə şərait kimi meyarlar daxildir.
Hesabatda Azərbaycanın musiqisi, rəqsləri xüsusi qeyd olunur, ancaq deyilir ki, insan haqlarına görə beynəlxalq təşkilatlar Azərbaycanı tənqid edir. Həmçinin bildirilir ki, Azərbaycan adambaşına düşən gəlirə görə orta gəlir səviyyəli ölkə hesab oluna bilər, ancaq Azərbaycan öz iqtisadiyyatını şaxələndirməlidir.
Dünyanın "ən yaxşı ölkələri” isə Almaniyadan sonra Kanada, Britaniya, İsveç, Avstraliya, Yaponiya, Fransa, Niderland, Danimarkadır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Ordusu "dünyanın ən yaxşı orduları" arasında (SİYAHI)
Davosda başlayan Dünya İqtisadi Forumunda bu il 60 ölkəni əhatə edən "Dünyanın Ən Yaxşı Ölkələri" hesabatı damğasını vurub. BAKU.WS-in məlumatına görə, siyahıd...