Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - SİYAHI

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - SİYAHI
Sosial 1636

Beynəlxalq İqtisadi Forum dünyanın ən təhlükəsiz ölkələrinin adını açıqlayıb.

Modern.az təşkilata istinadən xəbər verir ki, 141 ölkənin yer aldığı reytinqdə Azərbaycan 36-cı pillədə qərarlaşıb. Dünyanın ən təhlükəsiz ölkəsi isə Finlandiya seçilib. Qətər 2-ci, Birləşmiş Ərəb Əmirlikləri 3-cü, İslandiya 4-cü və Avstriya isə 5-ci pillədə qərarlaşıb.

İlk onluqda Lüksemburq (6), Yeni Zelandiya (7), Sinqapur (8), Oman (9) və Portuqaliya (10) da yer alıb. Rusiya Beynəlxalq İqtisadi Forumun siyahısında 126-cı yerdə qərar tutub. Sonuncu yeri isə Suriya, Çad və Nigeriya bölüşdürüb.

Region dövlətlərindən Ermənistan 38-ci, Gürcüstan isə 32-ci pillədə yer alıb.

Reytinq tərtib olunan zaman ölkələrdə cinayətkarlıq faizi, terror təhlükəsi və hüquq-mühafizə orqanları ilə vətəndaşların münasibətləri əsas götürülüb.

BAKU.WS

Oxşar xəbərlər

Dünyanın ən güclü orduları - Azərbaycan neçəncidi? - SİYAHI

Dünyanın ən güclü orduları - Azərbaycan neçəncidi? - SİYAHI

Amerikanın "Global Fire Power” araşdırma mərkəzi dünya ən güclü ordularının yeni reytinqini açıqlayıb. "Global Fire Power” araşdırma zamanı əsas 50 faktoru nə...

2693 Sosial 11:51 06 oktyabr 2016

Son xəbərlər