VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Yay tətili ərzində və Qurban bayramı dövründə Fars körfəzi ölkələrindən Azərbaycana 30 min turistin gələcəyi gözlənilir.

Bu barədə "Arabian Gazette" nəşrinə açıqlamasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin BƏƏ-dəki nümayəndəsi Raşil əl-Nuri bildirib.

O, Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayında artım olmasının Prezident İlham Əliyevin bu regiondan gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı strateji qərarının nəticəsi olduğunu qeyd edib.

"Bu qərar qəbul edilən zaman Azərbaycanın ərəb turistlər üçün populyar turistik istiqamətlərdən biri olacağını bilirdim. Qarşımıza ərəb ölkələrinin vətəndaşları üçün Azərbaycanın gözəl istiqamət olmasını təşviq etmək vəzifəsi qoyulmuşdu. Bu işlə məmnuniyyətlə və Azərbaycan rəhbərliyinin dəstəyi ilə məşğul olduq və görürük ki, istəyimizə nail ola bilmişik", - deyə o bildirib.
 
virtualaz 
BAKU.WS