Sabah ilin sonuncu Günəş tutulması olacaq

Sabah ilin sonuncu Günəş tutulması olacaq
Şou-biznes 106

Sabah 2021-ci ilin ikinci Günəş tutulması baş verəcək.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən xəbərə görə, bu, tam Günəş tutulması olacaq.

Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq.

Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Son xəbərlər