Bu ilin ilk Günəş tutulması başladı

Bu ilin ilk Günəş tutulması başladı
Şou-biznes 421

Cari ilin ilk Günəş tutulması hadisəsi başlayıb.

BAKU.WS xəbər verir ki, bu gün, yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması gerçəkləşir.

Tutulma hadisəsi saat 07:46-da başlayıb və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu saat 10:41-də olacaq. Bu təbiət hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.

Günəş tutulması Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Tutulmanın həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, Cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkündür. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər.

Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunur. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.

Qeyd edəki, 2020-ci ildə növəti Günəş tutulması dekabrən 14-də baş verəcək və bu tutulma tam Günəş tutulması olacaq.

Oxşar xəbərlər

Aylıq ulduz falı - iyun, 2018-ci il

Aylıq ulduz falı - iyun, 2018-ci il

BAKU.WS az.astroloq.com-a istinadən iyun ayının ulduz falını təqdim edir:Qoç - Qoç bürcünün evlilik evində yerləşən və iki ay yarım geri getdikdən sonra doğru d...

5648 Şou-biznes 17:11 01 iyun 2018

Son xəbərlər