11 avqustda bu bürclərdən olan insanları təhlükə gözləyir – XƏBƏRDARLIQ – VİDEO
08
avq
2018
16:03
Bu ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək. Bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə məlumat verilib. Həmin gün bəzi bürc altında doğulan insanlar üçün əlverişsiz ola bilər. Bu barədə astroloq Aysun Köşkle məlumat verib. Onun sözlərinə görə, Günəş tutulması bəzi bürc işarəsi altında doğulan insanların səhhətində mənfi təsir edə bilər. “Həmin gün Şir, Dolça, Buğa və Əqrəb bürcündən olan insanlar diqqətli olmalıdırlar. Bu insanların əhvalı pisləşə bilər. Əsasən də, bu bürc işarəsi altında doğulan uşaqlarla münasibətdə ehtiyatlı olun. Həmin gün onlar çox həssas olacaqlar. Kiçik bir diqqətsizlik və hörmətsizlik onların qəlbini qıra bilər”, - deyə Aysun Köşkle bildirib. Astroloq deyir ki, 11 avqust digər bürc işarəsi altında doğulan insanlar üçün elə də təhlükəli deyil. Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bu gecə “Qanlı Ay” görünəcək
Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verəcək.Şamaxı Astrofizika Rəsədxanasındanda BAKU.WS-ə verilən məlumata görə, bu ilin ikinci Ay tutul...