Hazırda ilin ilk Günəş tutulması baş verir

Hazırda ilin ilk Günəş tutulması baş verir
Sosial 1080
Bu ilin ilk Günəş tutulması bu gün Bakı vaxtı ilə saat 22:55-dən 02:47-dək baş verəcək. BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər.Qeyd edək ki, təbiət hadisəsi Sakit və Atlantik okeanın hövzələrini, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.Ümumiyyətlə isə 2018-ci ildə 3 Günəş tutulması (qismən tutulma) baş verəcəyi barədə bildirilib. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşəcək.Xatırladaq ki, cari il iyulun 13-də Bakı vaxtı ilə saat 05:48-dən 08:13-dək baş verəcək digər Günəş tutulması isə Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq.Sonuncu Günəş tutulması isə avqustun 11-də Bakı vaxtı ilə 12:02-dən 15:30-dək baş verəcək. Tutulma Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.BAKU.WS

Oxşar xəbərlər

Fevralın 15-də günəş tutulacaq – Bu il ilk dəfə

Fevralın 15-də günəş tutulacaq – Bu il ilk dəfə

Bu ilin ilk Günəş tutulması fevralın 15-də Bakı vaxtı ilə saat 22:55-dən 02:47-dək baş verəcək.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika...

1032 Sosial 20:22 05 fevral 2018

Son xəbərlər