SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ANS Müstəqil Yayım və Media Şirkətində yeni təyinat olub.

BAKU.WS xəbər verir ki, şirkət prezidentinin media üzrə müşaviri Mais Məmmədov "Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, ANS TV-nin baş redaktoru vəzifəsinə şirkətin keçmiş əməkdaşı Fidan Quliyeva təyin edilib.

M.Məmmədovun sözlərinə görə, Fidan Quliyeva dünəndən vəzifəsinin icrasına başlayıb.

"Çox şadıq ki, Fidan yenidən ANS-ə qayıdıb” - deyə, Mais Məmmədov əlavə edib.

Qeyd edək ki, ANS TV-nin bundan əvvəlki baş redaktoru Mir Şahin Ağayev olub. O, baş redaktor vəzifəsindən azad edildikdən sonra bu vəzifə boş idi.

Xatırladaq ki, uzun müddət ANS TV-də yayımlanan "İç xəbər” verilişində aparıcı kimi fəaliyyət göstərən F.Quliyeva televiziyadan ayrılaraq "Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqəlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
BAKU.WS