ANS-də yeni təyinat - Mirşahini əvəzlədi (FOTO)

ANS-də yeni təyinat - Mirşahini əvəzlədi (FOTO)
Şou-biznes 2312

 

ANS Müstəqil Yayım və Media Şirkətində yeni təyinat olub.

BAKU.WS xəbər verir ki, şirkət prezidentinin media üzrə müşaviri Mais Məmmədov "Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, ANS TV-nin baş redaktoru vəzifəsinə şirkətin keçmiş əməkdaşı Fidan Quliyeva təyin edilib.

M.Məmmədovun sözlərinə görə, Fidan Quliyeva dünəndən vəzifəsinin icrasına başlayıb.

"Çox şadıq ki, Fidan yenidən ANS-ə qayıdıb” - deyə, Mais Məmmədov əlavə edib.

Qeyd edək ki, ANS TV-nin bundan əvvəlki baş redaktoru Mir Şahin Ağayev olub. O, baş redaktor vəzifəsindən azad edildikdən sonra bu vəzifə boş idi.

Xatırladaq ki, uzun müddət ANS TV-də yayımlanan "İç xəbər” verilişində aparıcı kimi fəaliyyət göstərən F.Quliyeva televiziyadan ayrılaraq "Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqəlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

BAKU.WS

ANS-də yeni təyinat - Mirşahini əvəzlədi (FOTO)

Oxşar xəbərlər

Lamiyə Quliyeva ailə qurur

Lamiyə Quliyeva ailə qurur

2003-cü ildə keçmiş nişanlısı Vüqar Əliyevlə Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilən və 2015-ci il fevr...

3385 Şou-biznes 13:57 12 aprel 2016

Son xəbərlər